Azercell abunəçiləri diqqətdə olsun - Yeni xəbərdarlıq

Azercell abunəçiləri diqqətdə olsun - Yeni xəbərdarlıq
09:45

Noyabrın 28-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində çətinliklərin yaranması mümkündür. 

News365.az xəbər verir ki, bu barədə "Azercell Telekom"un yaydığı məlumatda bildirilib. 

Qeyd edilib ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcək.

Amma bu çətinliklərin nə qədər davam edəcəyi və təkmilləşdirmə işlərinin nə vaxt bitəcəyi açıqlanmayıb.

Qeyd edək ki, "Azercell" xidmət keyfiyyətinin daha da artırılması adı ilə mütəmadi olaraq təkmilləşdirmə işləri aparır və hər dəfə sözügedən çətinliklərin yaranması qaçılmaz olur. 


Sizin reklam burada
Sizin reklam burada