Azərbaycanlı yeniyetmə Tbilisidə mağazanı qarət etdi - FOTO

Azərbaycanlı yeniyetmə Tbilisidə mağazanı qarət etdi - FOTO
11:36

Gürcüstan paytaxtı Tbilisidə yeniyetmə mağazanı soymaq ittihamı ilə həbs edilib.

News365.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxs əvvəllər məhkum edilmiş və hazırda şərti cəza çəkən 16 yaşlı L.G.-dir.

Nazirlik tərəfindən yayımlanan görüntülərdə gəncin kassadan lotereya bileti kassasını götürüb qaçdığı görünür.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin altı ilə qədər həbs cəzası nəzərdə tutan 178-ci maddəsinin 2-ci hissəsi ilə davam edir.

Xatırladaq ki, gəncin əslən Qardabanidən olan azərbaycanlı olduğu məlum olub. 


Sizin reklam burada
Sizin reklam burada