14 yaşlı suriyalı qız 3 nəfəri bıçaqlayıb

14 yaşlı suriyalı qız 3 nəfəri bıçaqlayıb
10:22

Bursada Suriya vətəndaşı olan 14 yaşlı F.E. adlı qız, hələlik məlum olmayan səbəbdən bir qadın və onun iki qızı ilə mübahisə etdikdən sonra onları bıçaqlayıb.

Hadisə Osmangazi Meydanında, kafelərin yerləşdiyi ərazidə baş verib. F.E. adlı azyaşlı qız, D.D. adlı qadın və onun qızları S.D. və S.D. ilə mübahisə edib. Mübahisə zamanı qız bıçaqla hücum edərək onları yaralayıb. Hadisə zamanı ailəyə kömək etmək istəyən başqa bir şəxsi də bıçaqlayan qız, daha sonra hadisə yerindən qaçıb.

Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar ilk tibbi müdaxilədən sonra Yüksək İxtisas Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Polis hadisəni törədən azyaşlının tapılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.


Sizin reklam burada
Sizin reklam burada