Bu gündən magistraturaya ixtisas seçimi başlayır

Bu gündən magistraturaya ixtisas seçimi başlayır
10:14

Bu gündən ali məktəblərin magistratura pilləsinəö ixtisas seçimi başlayır.

İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7-13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər. 

Dövlət İmthan Mərkəzindən News365.az-a bildirilib ki, iştirakçılar ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid:

//eservices.dim.gov.az/ejurnal  Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunub.


Sizin reklam burada
Sizin reklam burada