"Bu gün Azərbaycanla Ermənistanın vəziyyəti müzakirə olunacaq"- Politoloq

"Bu gün Azərbaycanla Ermənistanın vəziyyəti müzakirə olunacaq"- Politoloq
22 Apr 2024 10:07

"Moskvada Azərbaycan prezidenti ilə Rusiya prezidenti görüşündə ikitərəfli siyasi, iqtisadi əlaqələr, cari məsələlər və bundan sonra Rusiya ilə Azərbaycan əlaqələri inkişaf dinamikası müzakirə olunacaq". 

Politoloq Məhəmməd Əsədullazadə bunu News365.az-a açıqlamasında deyib. 

" Cənubi Qafqazada xüsusilə siyasi və təhlükəsizlik məsələləri Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının indiki vəziyyəti, həmçinin Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması bu kimi məsələlər və MDB məkanında baş verən proseslər, regional və beynəlxalq təhlükəsizlik problemləri əsas müzakirə predmeti olacaqdır"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər