Azərbaycanın Rumıniyadakı səfirliyində şəhidlər anılıb

Azərbaycanın Rumıniyadakı səfirliyində şəhidlər anılıb
27 Sen 2025 20:20

Azərbaycanın Rumıniyadakı səfirliyində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

News365.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Rumıniya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edib, çıxışlar olunub.


Sizin reklam burada
Sizin reklam burada