Türkiyəyə məxsus təyyarə Azərbaycandan uçarkən qəzaya uğrayıb – VİDEO +n YENİLƏNDİ

Türkiyəyə məxsus təyyarə Azərbaycandan uçarkən qəzaya uğrayıb – VİDEO +n YENİLƏNDİ
11 Noy 2025 16:46

Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

News365.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb.

***

Türkiyə Silahlı Qüvvələrinə aid olduğu güman edilən hərbi helikopter Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.

News365.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Gürcüstanın müvafiq qurumlarından hələlik rəsmi məlumat yoxdur. Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı da məlum deyil.



Sizin reklam burada
Sizin reklam burada