İttihamda CHP Deputatlarının Dosyası Ankara’ya Göndərildi

İttihamda CHP Deputatlarının Dosyası Ankara’ya Göndərildi
16:32

İstanbul Bələdiyyəsi işi: CHP deputatlarının dosyası Ankara Baş Prokurorluğuna göndərildi.

News365.az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokuroru Akın Gürlek açıqlama verərək bildirib ki, İstanbul Bələdiyyəsi (İBB) ilə bağlı ittiham aktı tamamlanıb.

Baş Prokuror qeyd edib ki, CHP deputatları Turan Taşkın Özer və Özgür Karabat iş çərçivəsində “şübhəli” və “təşkilat üzvü” qismində yer alırlar. Dosya isə deputatların toxunulmazlıqlarının ləğvi tələbi ilə Ankara Cumhuriyyət Baş Prokurorluğuna göndərilib.

Gürlek əlavə edib ki, yetkisizlik səbəbi ilə dosyanın Ankara Baş Prokurorluğuna göndərilməsi zəruri olub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada