Azərbaycanın Baş naziri və Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Azərbaycanın Baş naziri və Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub
19:20

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycan Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

News365.az xəbər verir ki, bu barədə Cevdet Yılmaz X hesabında bildirib.

Telefon danışığı zamanı Əli Əsədov bildirib ki, Azərbaycan həmrəylik əlaməti olaraq prosesi diqqətlə və qətiyyətlə izləyir.

Cevdet Yılmaz Əli Əsədova qardaş Azərbaycan xalqı adından verdiyi başsağlığı və göstərdikləri səmimi həmrəyliyə görə təşəkkür edib.


Sizin reklam burada
Sizin reklam burada