NATO-nun baş katibi Mark Rutte qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində şəhid olan hərbçilərlə bağlı Türkiyəyə başsağlığı verib.
News365.az xəbər verir ki, Rutte Türkiyə Silahlı Qüvvələrinin NATO çərçivəsindəki xidmətlərini yüksək qiymətləndirdiyini bildirib.
“Müttəfiqimiz Türkiyəyə və bu gün hərbi təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə ən dərin hüznlə başsağlığı veririk. Onların xidmətlərini böyük ehtiramla yad edir, Türkiyə Silahlı Qüvvələrinin və bütövlükdə Alyans daxilindəki bütün uniforma geyinmiş hərbçilərin bizim təhlükəsizliyimiz üçün hər gün göstərdikləri fədakar fəaliyyətə görə dərin minnətdarlığımızı bildiririk” – deyə Mark Rutte vurğulayıb.