Benzin və dizel qiymətləri ilə bağlı rəsmi açıqlama: Bahalaşma olacaqmı?

Benzin və dizel qiymətləri ilə bağlı rəsmi açıqlama: Bahalaşma olacaqmı?
10:49

Son vaxtlar hibrid avtomobillərin qiymətlərində müşahidə edilən artım ictimai müzakirələrə səbəb olub.

Ekspertlər bu prosesin həm avtomobil bazarına, həm də yanacaq istehlakına mümkün təsirlərini dəyərləndirirlər. Bəzi mütəxəssislərin fikrincə, qiymət bahalaşması nəticəsində hibrid avtomobillərin idxalında azalma olsa da, bu, benzin və dizel tələbinə ciddi təsir göstərməyəcək.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, hibrid avtomobillərin bahalaşması yanacaq bazarına birbaşa təsir etməyəcək:

“Maşının qiymətinin artmağının yanacağa elə bir təsiri yoxdur. Ola bilər ki, bu tip avtomobillərin idxalında azalma baş versin, amma bu da ümumi mənzərəyə ciddi fərq yaratmayacaq”.

Ekspert əlavə edib ki, hibrid və elektrik avtomobilləri əsasən alternativ enerji ilə çalışdığı üçün onların qiymət dəyişikliyi benzin və dizel bazarına təsir göstərmir.

“Ölkəyə gətirilən hibrid avtomobillərin sayında azalma olacaq, lakin elektriklə işləyən maşınların vəziyyəti fərqli deyil, onlar ümumiyyətlə benzinlə hərəkət etmir”, – Yasin Mustafayev vurğulayıb./// NOCOMENT.az


Sizin reklam burada
Sizin reklam burada