Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev 61 yaşında ürək tutmasından vəfat edib.
News365.az xəbər verir ki, jurnalist bu gün axşam saatlarında dünyasını dəyişib.
Mərhumla vida mərasimi sabah saat 13:00-da "Heydər" məscidində keçiriləcək, daha sonra "Qurd Qapısı" qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət etsin!