"Azərbaycanda satılan malların 90 %-də rəsmi qiymət sənədləri yoxdur"- Eyyub Hüseynov

"Azərbaycanda satılan malların 90 %-də rəsmi qiymət sənədləri yoxdur"- Eyyub Hüseynov
12:40

"Bu süni qiymət artımı birmənalı şəkildə istehlakçı hüququnun pozulmasıdır."

Bunu “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov News365.az-a deyib.

 İstehlakçı belə hallarla üzləşdikdə artırılmış qiymətlə kassa çekini götürməli, çekin şəklini çəkməlidir. Daha sonra mağazaya yenidən qayıdaraq malın vitrin qiymətini çəkməlidir. 

Bu faktları saxlamalı, yerindəcə həll etmək üçün mağaza müdriyyətini çağırmalı və artıq ödədiyi pulu qaytartmalıdır". 

Azərbaycanda satılan sənaye mallarının 90 %-də rəsmi qiymət sənədləri yoxdur. Halbuki Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, malın üzərində maddi məsul şəxsin imzası olan qiymət cədvəlləri olmalıdır. İstehlakçının əvvəlki qiymətlə sonrakı qiyməti müqayisə etmək imkanı olmalıdır.  İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda göstərilir ki, malın əvvəlki qiymətinə görə alıcı rəsmi sənəd tələb edə bilər və satıcı onu göstərməyə borcludur. 

Təəssüf ki, Azərbaycanda istehlakçı hüquqları ciddi şəkildə pozulur deyə, aldadılma halları baş verir. Geniş yayılmış məsələlərdən biri də alıcının almadığı məhsulun kassa çekində əks etdirilməsidir. Ərzaq mağazalarında istehlakçıların almadıqları mallar üçün bir ildə 500 milyon manatadək pul ödəyirlər".

 News365.az


Youtube kanalımız