AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırıb.
News365.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Fevralın 8-də AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" - "Araz Bakı UFK" oyunu bitdikdən sonra qonaq komandanın köməkçi məşqçisi Ramin Fərruxlu hakimləri təhqir etdiyi üçün növbəti beş oyuna buraxılmayacaq.