Azərbaycanlı güləşçi dopinqə görə sərt cəzalandırıldı

Azərbaycanlı güləşçi dopinqə görə sərt cəzalandırıldı
15:12

Azərbaycanlı güləşçi Sabir Cəfərov cəzalandırılıb.

Bu barədə  Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

Sabir Cəfərov AMADA tərəfindən dörd il müddətinə yarışlardan kənarlaşdırılıb. 2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.


Sizin reklam burada
Sizin reklam burada