Partiya sədrlərinə bizneslə məşğul olmaq qadağan ediləcək? - AÇIQLAMA

Partiya sədrlərinə bizneslə məşğul olmaq qadağan ediləcək? - AÇIQLAMA
09:26

Gürcüstanda sahibkarlıqla məşğul olan hüquqi şəxslərin siyasi fəaliyyətinin qadağan ediləcəyi barədə qərar Azərbaycanda siyasi partiya sədrlərinin bizneslə məşğul olmasının qadağan edilməsi məsələsini gündəmə gətirib. Təklif olunur ki, Gürcüstandakı kimi Azərbaycanda da konkret qadağa olsun. "Siyasi partiyalar haqqında" qanuna görə, Azərbaycanda siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməzlər. Qanundan da göründüyü kimi, bu müddəa partiyalara aiddir, sədrə yox. Bu səbəbdən mövcud qanunda konkretləşmə aparılması tələbi irəli sürülür.

 

News365.az xəbər verir ki, sabiq deputat, Vəhdət Partiyasının keçmiş rəhbəri, partiyanın Baş Məclisinin sədri Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, Gürcüstanda “Gürcü Arzusu”nun irəli sürdüyü xüsusi layihə konkret hüquqi şəxslərə deyil, fiziki şəxslərə, partiya sədrlərinə və digərlərinə də aid olacaq.

Tahir Kərimli üçün özəl gün Pravda.az

T.Kərimlinin bildirib ki, bununla Gürcüstanda siyasi fəaliyyət dairəsi müəyyən olunur: “Qanunun pozulması birinci dəfəyə görə 20 000 lari (təqribən 13 min AZN) məbləğində cərimə ilə nəticələnəcək. İkinci dəfə isə 25 min manat cərimə olacaqlar. Gördüyünüz kimi, bunu "Gürcü Arzusu" partiyası irəli sürür. Partiyanın rəhbəri Bidzina İvanişvili özü də sahibkarlıqla məşğuldur. Əslində, bu, onlar tərəfindən cəsarətli addımdır. Azərbaycanda isə bu təklif yalnız o vaxt həyata keçə bilər ki, Yeni Azərbaycan Partiyası (YAP) belə bir təklif irəli sürsün. Çünki parlamentdə mütləq çoxluq YAP-ın əlindədir. Bu cür layihə irəli sürülmədən hər hansı təşəbbüs həyata keçə bilməz. Partiya sədrlərinin sahibkarlıq fəaliyyətinin qadağan olunması yalnız bu halda mümkün ola bilər. Bizdə qanunların mütləq əksəriyyəti Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında irəli sürülür. Prezident isə Yeni Azərbaycan Partiyasının sədridir. Buna görə də sözügedən müddəa təkcə siyasi partiyalara deyil, rəhbərlərinə də aid olacaqsa, bu, yalnız YAP tərəfindən irəli sürülə bilər. Necə mümkündür, edərlər, etməzlər, bu, sual altındadır..." - T.Kərimli bildirib.

 


Sizin reklam burada
Sizin reklam burada