“Bir gün təbii
resurslar tam bitəcək və o zaman bizə dərs deyən müəllim də, bizi qoruyan polis
də, bizi sağaldan həkim də yalnız sahibkarların xaricdən ölkəyə qazandırdığı
pul hesabına bizə dərs deyəcək, bizi qoruyacaq, bizi müalicə edəcək. Yəqin ki,
kiminsənin cəsarəti çatıb, "mən əmək haqqı almadan həmişə işləyərəm, dərs
deyərəm, qoruyaram, sağaldaram" deməz.
Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ölkə daxilində yaratdığı məhsul
və xidməti ölkə xaricinə sata bilən və ölkəyə pul gətirə bilən sahibkar cəmiyyətin
ən toxunulmaz subyekti olmalıdır:
“Ölkənin
iqtisadi inkişafı böyük ölçüdə belə sahibkarlardan, asılı olacaq. Mən Əhməddən
alıb Məmmədə satan və ya xaricdən gətirib ölkəmizdə satan, eləcə də yeni dəyər
yaratmadan fəaliyyət göstərən sahibkarları nəzərdə tutmuram. Mən istehsal, emal
və xidmətlər sayəsində ciddi dəyər yaradaraq onu ixrac edən və həmçinin
idxaldan asılılığı əvəz edə biləcək dəyər yaradan sahibkarları nəzərdə tuturam.
Bu kateqoriyadan olan sahibkarlar ölkəmizin ən toxunulmaz təbəqəsi olmalıdır.
Güzəştlərin də, dəstəyin də ən böyüyü və ən önəmlisi onlara yönəldilməlidir.
Bir gün təbii
resurslar tam bitəcək və o zaman bizə dərs deyən müəllim də, bizi qoruyan polis
də, bizi sağaldan həkim də yalnız sahibkarların xaricdən ölkəyə qazandırdığı
pul hesabına bizə dərs deyəcək, bizi qoruyacaq, bizi müalicə edəcək. Yəqin ki,
kiminsənin cəsarəti çatıb, "mən əmək haqqı almadan həmişə işləyərəm, dərs
deyərəm, qoruyaram, sağaldaram" deməz.
Odur ki, ölkə
daxilində yaratdığı məhsul və xidməti ölkə xaricinə sata bilən və ölkəyə pul gətirə
bilən sahibkar cəmiyyətin ən toxunulmaz subyekti olmalıdır.
Ölkənin
iqtisadi inkişafı böyük ölçüdə belə sahibkarlardan, asılı olacaq. Mən Əhməddən
alıb Məmmədə satan və ya xaricdən gətirib ölkəmizdə satan, eləcə də yeni dəyər
yaratmadan fəaliyyət göstərən sahibkarları nəzərdə tutmuram. Mən istehsal, emal
və xidmətlər sayəsində ciddi dəyər yaradaraq onu ixrac edən və həmçinin
idxaldan asılılığı əvəz edə biləcək dəyər yaradan sahibkarları nəzərdə tuturam.
Bu kateqoriyadan olan sahibkarlar ölkəmizin ən toxunulmaz təbəqəsi olmalıdır.
Güzəştlərin də, dəstəyin də ən böyüyü və ən önəmlisi onlara yönəldilməlidir”.
News365.az