Prezident İlham Əliyev: “İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi”
1990-cı illərin əvvəllərində Ermənistanın
işğalçılıq siyasəti nəticəsində Qarabağın mərkəzi olan Xankəndi və ətraf
şəhərlər Azərbaycanın nəzarətindən çıxmış, orada separatçı rejimlər
formalaşdırılmışdı. Bu ərazilərdə qanunsuz silahlı birləşmələr 30 il ərzində
fəaliyyət göstərmiş, Azərbaycan xalqı isə bu torpaqların azad ediləcəyi günü
səbirsizliklə gözləmişdir.
2020-ci ildə baş tutan 44 günlük Vətən
Müharibəsi və onun nəticəsi olaraq imzalanan üçtərəfli bəyanatla Azərbaycanın
ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu. Lakin Xankəndi, Xocalı, Xocavənd
və Ağdərə hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində qalmışdı.
Azərbaycan Ordusu 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi
lokal antiterror tədbirləri nəticəsində, bölgədəki bütün qanunsuz erməni
silahlı birləşmələrini tərksilah etdi. Separatçı rejimlər ləğv edildi və
Azərbaycanın konstitusion quruluşu bu ərazilərdə tam şəkildə bərpa olundu. Bu
əməliyyat bir gün ərzində və minimum itki ilə tamamlandı. Nəticədə, Xankəndi,
Xocalı, Xocavənd və Ağdərə şəhərləri nəhayət Azərbaycanın real nəzarətinə
keçdi. 2020-ci ilin II Qarabağ müharibəsindən sonra Azərbaycan üçün xüsusi
tarixi mərhələ başladı. İşğal altında olan ərazilərin azad edilməsi, dövlət
suverenliyinin tam bərpası və bölgənin yenidən qurulması məsələləri qarşıya
qoyuldu. Bu çərçivədə Ali Baş Komandan, Prezident Prezindet İlham Əliyev
bölgələrə — Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və s. — tez-tez səfərlər edir.
Bu səfərlər həm simvolik, həm praktik əhəmiyyət daşıyır. Ali Baş Komandan İlham
Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə daxil olmaqla işğaldan azad
olunmuş şəhərlərə səfərləri Azərbaycan tarixində əlamətdar dönüş nöqtəsidir. Bu
səfərlər dövlətin suverenliyinin bərpası, torpaqların azadlığı, idarəçiliyin və
mədəniyyətin yenidən qurulması istiqamətində aparılan çoxşaxəli işlərin
simvolik və praktik məcmusudur. Prezident İlham Əliyev bu səfərlərlə yalnız
bərpa işlərini yox, həm də insanların ruh yüksəkliyini, milli yaddaşı və
dövlətin öhdəliklərini yerinə yetirməsini nümayiş etdirir. Bu proses hələ
tamamlanmamışdır, lakin indiyə qədər olan addımlar, istiqamət və dinamika Azərbaycan
üçün ümidvericidir.
2020-ci ilin
II Qarabağ müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi qələbə tarixdə
“Zəfər” kimi daxil oldu. Şuşa şəhərinin 8 noyabr 2020-ci il tarixində işğaldan
azad edilməsi və düşmən qüvvələrinin təslim olması ilə Zəfər Günü formalaşdı.
Hər il noyabrın 8-i bu qələbənin ildönümü kimi ölkədə böyük mərasimlərlə,
tədbirlərlə qeyd olunur. 2023-cü ilin noyabrında isə bu ildönümü xüsusilə
önəmli idi, çünki bu, Zəfərin üçüncü ili idi — müharibədən sonra əldə olunan
suverenlik, yenidənqurma və bölgədəki vəziyyətin sabitləşməsi baxımdan hiss
olunan tarixi mərhələ.
Xankəndi
şəhərində keçirilən hərbi parad məhz bu ruhda təşkil edilmişdi: həm dövlətin
suverenliyinin bərpasının simvolik ifadəsi, həm də bölgədə yaranmış
dəyişikliklərin ictimaiyyətə nümayişi. Parad Dövlət Himninin ifası ilə açıldı.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Prezident İlham Əliyev
çıxış etdi. Onun nitqində vurğulandı ki, üç il əvvəl Şuşanın azad edilməsi
Zəfərin əsas mərhələlərindən biridir. Azərbaycan xalqı uzun illər işğal altında
yaşamış və bu qələbəni əldə etmək üçün səbir və zəhmətlə çalışmışdır.
“Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki,
tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü
hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.
Birinci dəfə
Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident
kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi
bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində
doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını
işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram,
beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında
keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan
Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və
bu gün gəldi.” – deyə Prezident İlham Əliyev çıxışında bildirib.
Parad zamanı
Azərbaycan Respublikasının Dövlət Bayrağı və Zəfər Bayrağı (Şuşaya sancılan
bayraq kimi simvolik olan) nümayiş etdirildi. Parad heyətləri hərbi orkestrin
müşayiəti ilə tribuna önündən keçdilər: Milli Qvardiya, qoşun növləri, xüsusi
təyinatlılar, sərhədçilər, təhlükəsizlik xidmətləri və digər birliklər. Qənimət
kimi götürülmüş müəyyən hərbi texnikaların nümayişi oldu. Paradın aparıcı
simvolu Zəfərin illik qeydiyyatı olmaqla yanaşı, suverenliyin bərpa edilməsi və
münaqişə sonrası bölgənin inteqrasiyası mesajı daşıyırdı. Prezident İlham
Əliyev nitqində, xüsusilə 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror
əməliyyatlarına da toxundu, bölgədə dövlət hakimiyyətinin tam bərpasını
vurğuladı.
Hərbi
paradın keçirilməsi müharibədən sonrakı dövrdə bölgədə yaranan vəziyyətin
dəyişməsini, Azərbaycanın nəzarətinin yenidən bərpasını və işğaldan azad
edilmiş ərazilərin reinteqrasiyasının mərhələlərini simvolizə edir. Parad ölkə
daxilində milli birliyin güclənməsinə, xalqın və ordunun arasında əlaqənin
dərinləşməsinə kömək edir. Müharibə veteranlarına, şəhid ailələrinə, xalqın
ümumi ruh halına əhəmiyyətli təsiri var. Beynəlxalq aləmdə bu kimi tədbirlər
Azərbaycanın haqqlılığına, beynəlxalq hüquq normalarına görə əldə etdiyi uğura
diqqəti çəkir və diplomatik və siyasi platformalarda ölkənin mövqeyini
gücləndirir.
Xankəndidə 8
noyabr 2023 cü ildə keçirilən hərbi parad yalnız bir mərasim deyildi; o,
müharibə sonrası Azərbaycanın əldə etdiyi suverenliyin, dövlət idarəçiliyinin
bərpasının və bölgədəki yeni gerçəkliyin ictimaiyyət qarşısında nümayişidir. Bu
parad həm ölkə daxilində həm də beynəlxalq aləmdə Azərbaycanın durumunun və
mövqeyinin simvolik gücüdür. Üç illik dövr — müharibədən sonrakı bərpa işləri,
idarəetmənin təminatı, təhlükəsizlik və hüququn bərpası baxımından — paradın
mesajları yalnız hərbi aspektlərlə bağlı deyildi, həm də siyasi və diplomatik
sferada Azərbaycanın öz həllini həyata keçirmiş olmasıdır.
Aybəniz Rüstəmova
Avrasiya
universitetinin Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent