“Azərbaycan qalib olsa da, beynəlxalq hüquqa hörmətlə yanaşır”- Zaur Məmmədov

“Azərbaycan qalib olsa da, beynəlxalq hüquqa hörmətlə yanaşır”- Zaur Məmmədov
13:08

“Azərbaycan qalib olsa da, beynəlxalq hüquqa hörmətlə yanaşır”

Politoloq Zaur Məmmədov News365.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın Oval kabinetdə səsləndirdiyi sual bir daha göstərir: Azərbaycan beynəlxalq hüquqa hörmət edən dövlət kimi davranır.

Onun sözlərinə görə, baxmayaraq ki, tarixi faktlar Azərbaycanın xeyrinədir və bölgədə real güc balansı Azərbaycan ordusunun üstünlüyünü nümayiş etdirir, rəsmi Bakı təxribatlara getməyib:

“Azərbaycan prezidenti beynəlxalq hüquqa hörmət edir. Tarix bizim torpaqlarımızla bağlı həqiqətləri göstərir, güc balansı da aydındır. Amma Azərbaycan sübut etdi ki, sülh tərəfdarıdır və gələcəyə rasional addımlarla irəliləyir.”

Politoloq əlavə edib ki, bölgədə bəzi qüvvələr təxribat yaratmağa çalışsa da, Azərbaycan bu cəhdlərə uymayıb:

“Təxribatların arxasında Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək istəyən dövlətlər dayanırdı. Lakin Azərbaycan müharibədən sonra belə addımlara getməyərək sülh prosesinə sadiqliyini göstərdi.”


Sizin reklam burada
Sizin reklam burada