Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
20 Apr 2024 08:20

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda yarımfinala yüksəlib.

Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan milli üzvü qrup mərhələsini uğurla başa vuraraq 1/4 finala yüksəlib.

Cütlük yarımfinal uğrunda qarşılaşmada Fransa təmsilçiləri Martın Baptiste-Sarrobert Klement tandeminə hər iki setdə qalib gəlib - 2:0 (21:13, 21:17). Onlar yarımfinalda Hindistan təmsilçiləri ilə qarşılaşacaqlar.


Youtube kanalımız

Oxşar xəbərlər