Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
11:01

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dollar artıb.

News365.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dolları, yaxud 2,5 % artaraq 67,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada