Azər Rəşidoğlu Türkiyədə təsirli anını bölüşdü: “Baş tacımızdanmı gəldiniz?”

Azər Rəşidoğlu Türkiyədə təsirli anını bölüşdü: “Baş tacımızdanmı gəldiniz?”
10:06

Türkiyəli keçmiş polis: “Azerbaycan üçün hər an döyüşməyə hazıram” 

News365.az xəbər verir ki, tanınmış jurnalist Azər Rəşidoğlu Türkiyədə yaşadığı təsirli bir hadisəni sosial media hesabında bölüşüb.

Onun sözlərinə görə, oteldə liftdə qarşılaşdığı bir bəylə qısa, lakin unudulmaz bir dialoq baş tutub.

“Bığlarından ülküçü keçmişə malik olduğunu anladım və soruşdum: ‘Abi, MHP-lisinizmi?’ Cavab verdi ki, ‘Ben eski bir polis memuruyum. Bıyıklarımdan dolayı mı soruyorsun? Evet, gençliğim ülkücü hareketin içinde geçti, esir Türkler için savaştım. Türkiye'nin neresindensiniz?’ Mən isə dedim ki, ‘Azərbaycandan gəlmişəm’. Sözləri məni kövrəltdi: ‘Baş tacımızdan mı? Karabağ'ı kurtaran kardeşlerimizin vatanından mı geldiniz? Çok şükür ki Türkler olarak hepimiz bu lekeyi sildik. Canım Azerbaycan’a feda olsun, Allah bir daha yaşatmasın. Ben her an Azerbaycan için savaşmaya hazırım.’”

Bu duyğulu sözlər qarşısında jurnalist şəhidlərimizin ruhuna Fatihə oxuduğunu qeyd edib.

Qeyd edək ki, Azər Rəşidoğlu bu hadisəni feysbuk səhifəsində paylaşıb və yazdığı sətirlər izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu təsadüfi görüş, Azərbaycanla Türkiyə arasındakı qardaşlığın dərinliyini bir daha göstərmiş olub.


Sizin reklam burada
Sizin reklam burada