Məşhur bloggerlərin reklam etdiyi dil kursu fırıldağı - Azər İsmayılov SAXLANILDI

Məşhur bloggerlərin reklam etdiyi dil kursu fırıldağı - Azər İsmayılov SAXLANILDI
10:50

İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.

News365.az xəbər verir ki, Azər İsmayılov vətəndaşların çoxsaylı şikayətlərindən sonra saxlanılıb.

Belə ki, onun rəhbərlik etdiyi "iamzervacademy" kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.

50-dən çox şəxsin bu yolla aldadıldığı bildirilir.

Qeyd edək ki, Azər İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam edib. Bu yolla vətəndaşların inamını qazanıb.


Sizin reklam burada
Sizin reklam burada