Ayan Babakişiyeva efirdə hönkür-hönkür ağladı - VİDEO

Ayan Babakişiyeva efirdə hönkür-hönkür ağladı - VİDEO
02:38

Müğənni Ayan Babakişiyeva illər sonra qızı Selananın atası Füzuli Musayev haqqında danışaraq emosional anlar yaşayıb. O, bu mövzuda səslənən ittihamlara cavab verərək sevginin heç vaxt səhv ola bilməyəcəyini bildirib.


"Yenə deyirəm, bizi heç kəs qınamasın. Mən heç bir pis addım atmadım, sadəcə sevdim. Sevmək nə vaxtdan səhv sayılır? Sevginin bəhrəsi varsa, orada dayanmaq lazımdır, çünki bu, artıq məsuliyyətdir." – deyə Ayan bildirib.


Müğənni həyatında baş verənlərə görə heç bir peşmanlıq hiss etmədiyini vurğulayıb: "Bütün yaşadıqlarımın arxasındayam. Heç bir səhvimə görə peşman deyiləm. Çünki mənim övladım var və biz onu sevgi içində böyüdürük."


Ayan Babakişiyeva qızının atasına olan sevgisini də diqqətə çatdırıb: "Atasını çox istəyir. Onun kim olduğunu bilir və qürurla söyləyir. Mən də ona atasının sevgisini hiss etdirirəm."


Sənətçi cəmiyyətin bu cür məsələlərə daha həssas yanaşmalı olduğunu bildirib: "Heç kim heç kimi zorla heç nəyə məcbur edə bilməz. Hər şey təbii axarı ilə yaşanır və bitir. Kənardan baxıb insanları qınamaq asandır, amma heç kim o hissləri yaşamadan başa düşə bilməz."


Ayan Babakişiyeva, qızı Selananın atasına və ailəsinə qarşı heç bir neqativ münasibət olmadığını da qeyd edərək hər kəsi anlayışlı olmağa çağırıb.




Sizin reklam burada
Sizin reklam burada