"Axtarışdan sonra uşaqlarımın telefonlarını apardılar" -Erməni deputat

"Axtarışdan sonra uşaqlarımın telefonlarını apardılar" -Erməni deputat
11:45

Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət gərginləşib. Hökumət genişmiqyaslı təqib və axtarışlara başlayıb. Səhər saatlarından başlayaraq inqilab arzusunda olan erməni keşiş Baqrat Srbazanın "Müqəddəs mübarizə" hərəkatına qarşı əməliyyatlar keçirilir. Arxiyepiskopun iqamətgahı nəzarətə götürülüb. Bundan başqa, partiyaların da təqiblərə məruz qalması barədə məlumatlar yayılır. Həmçinin, yerli media yazıb ki, parlamentin “Hayastan” fraksiyasından olan deputat Artur Sarkisyanın evində Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları qanunsuz axtarış aparıblar.

Deputat özü bu barədə danışarkən deyib ki, dünən hökumətin yaydığı “çevriliş planı” xəbərinin məqsədi bu gün müxalifət nümayəndələrinin evlərində axtarışlar aparmağa zəmin yaratmaq imiş: "Cinayət Axtarış İdarəsinin müstəntiqləri MTN əməkdaşları ilə birlikdə səhər saatlarında axtarış qərarı ilə evə gəldilər. Axtarış artıq başa çatıb. Hakimiyyət qorxur, onları susdurmağa çalışırlar. Amma bu alınmayacaq. Uşaqların telefonları və planşetləri, həmçinin bir neçə sənəd götürülüb".


Tural


Sizin reklam burada
Sizin reklam burada