Avtomobildən küçəyə zibil atan sürücü həbs edildi

Avtomobildən küçəyə zibil atan sürücü həbs edildi
10:47

Bakıda ictimai qaydaları pozan sürücü həbs edilib.

News365.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 53 ünvanının qarşısında baş verib.

Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları ərazidə xidmət apararkən “Qazel” markalı avtomobilin sürücüsünün küçəyə zibil atdığını görüblər. Polis əməkdaşı ona yaxınlaşmaqla etdiyi qanun pozuntusunu izah edib. Bu zaman sürücü 1992-ci il təvəllüdlü K.Həsənli (şərti) polis əməkdaşı ilə razılaşmayaraq mübahisə yaradıb, ictimai asayişi pozub.

Saxlanılaraq polis şöbəsinə aparılan sürücü barəsində inzibati protokol tərtib edilib.

Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə 34 yaşlı şəxsə 8 gün inzibati həbs verilib./// qafqazinfo


Sizin reklam burada
Sizin reklam burada