Son günlər ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı ehtimallar yenidən gündəmdədir. Xüsusilə, 2026-ci ildən etibarən avtobus və metroda gediş haqqının 1 manata qaldırılacağı barədə yayılan iddialar cəmiyyətdə narahatlıq yaradıb. Məsələnin sosial təsirləri, xüsusən də aztəminatlı təbəqəyə mümkün yükü barədə suallar aktuallığını qoruyur.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, hazırda bununla bağlı dəqiq məlumat yoxdur:
Yasin Mustafayev: Geniş ərazilərdə volosiped və parkinq zolaqlarının çəkilməsinə cəhd olunur
“Gediş haqqı artırılmasa daha yaxşıdır. Çünki aztəminatlı ailələr, insanlar var. Onlara bu, çox ciddi mənfi təsir göstərir. Ümid edirəm ki, qalxmayacaq”.
Ekspert əlavə edib ki, gediş haqqının artırılması sosial təbəqələr arasında narazılığa səbəb ola bilər və qərar verilərkən əhalinin maddi vəziyyəti nəzərə alınmalıdır./// KONKRET.az