Avstraliyada təyyarə qəzası nəticəsində iki nəfər öldü

Avstraliyada təyyarə qəzası nəticəsində iki nəfər öldü
09:40

Avstraliyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

News365.az ABC-yə istinadən xəbər verir ki, qəza təyyarə Qold-Kost hava limanı yaxınlığındakı özəl uçuş-enmə zolağından havaya qalxdıqdan qısa müddət sonra baş verib.

Hadisə zamanı 73 yaşlı pilot və sərnişin hadisə yerində ölüblər.

Təyyarənin düşdüyü yerdən çəkilən kadrlarda qəzanın yaxınlıqdakı ağacların alovlanmasına və ot sahəsinin yanmasına səbəb olduğu görünür.


Sizin reklam burada
Sizin reklam burada