Rusiya qazının Avropa ölkələrinə tədarükünün dayandırılması avropalıların donmasına və hasilatın dayanmasına səbəb olub. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.
Medvedev xatırladıb ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya qazının Avropaya tədarükünü məhdudlaşdırmağı və orada ABŞ-nin enerji resurslarını satmağı planlaşdırırdı.
“İndi baş verənlər də budur. Avropada qaz yoxdur, ona görə də avropalılar donur”, - deyə o, fikrini yekunlaşdırıb.
Noyabrın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-nin “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməsi Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi sayıla bilər və bunun ardınca cavab tədbirləri görüləcək.
Tural