Avropa “OYANDI” – Köhnə qitədə hərbi hazırlıqlara START VERİLİR

Avropa “OYANDI” – Köhnə qitədə hərbi hazırlıqlara START VERİLİR
11:51

Bütün NATO ölkələrinin (İslandiya istisna olmaqla) müdafiə xərcləri bu il ÜDM-in 2%-nə çatacaq, alyansın ümumi hərbi büdcəsi isə təxminən 1,4 trilyon dollar təşkil edəcək.

Bu barədə NATO-nun üzv dövlətlərinin xərclərinə dair hesabatında bildirilir.

Məlumata görə, 2025-ci ildə NATO ölkələrinin müdafiə xərcləri 15,9% artacaq. Sonuncu dəfə azalma 2014-cü ildə qeydə alınsa da, həmin vaxtdan bəri alyans ölkələrinin hərbi büdcələri mütəmadi olaraq yüksəlir. Daha sürətli artım yalnız 2024-cü ildə müşahidə olunub. Həmin il göstərici 18,6%-ə çatmışdı.

Tarixdə ilk dəfə olaraq NATO-nun bütün üzvləri (müntəzəm ordusu olmayan İslandiya istisna olmaqla) müdafiə xərclərini ÜDM-in 2%-i səviyyəsinə yüksəldiblər.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu həddi yalnız 10 ölkə, 2024-cü ildə isə 32 ölkədən 18-i keçə bilmişdi.

Xatırladaq ki, iyun ayında Haaqada keçirilən NATO sammitində yeni hədəf müəyyənləşdirilib:

2035-ci ilə qədər ölkələr ÜDM-in 5%-ni müdafiəyə ayırmalıdır. Onun 3,5%-i hərbi ehtiyaclara, 1,5%-i isə müdafiə ilə bağlı mülki infrastrukturun gücləndirilməsinə sərf ediləcək. Hazırda bu göstəricilərə ən yaxın ölkələr Şərqi Avropa dövlətləridir – Polşa (4,48%), Litva (4%), Latviya (3,73%) və Estoniya (3,38%). Müdafiə xərclərini 3%-dən yuxarı qaldırmağı planlaşdıranlar arasında Norveç, ABŞ və Danimarka da var.


Sizin reklam burada
Sizin reklam burada