"Prezident İlham Əliyevin Serbiyaya səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda, Azərbaycan Avropa münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Həmçinin ölkə rəhbərinin Münhen səfəri bu münsibətləri yeni mərhələyə daşıyıb".
Bu sözləri News365.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib. Millət Vəkili qeyd edib ki, yeni mərhələnin ilk addımı Münhen Təhlükəsizlik Konfransında atılıb:
"Cənab Prezident Münhen Təhlükəsizlik konfrasında bir çox Avropa liderlərinin, biznes nümayəndələri və analitiklərin iştirakından faydalanaraq mühüm danışıqlar apardı. Cənubi Qafqaza həsr edilmiş panelin bu dəfəki mövzusu müharibə və yaxud təhlükəsizlik deyildi. Bu dəfə komunikasiyaların açılması ilə bağlı göstərilən səylər, icra olunan planlar, o cümlədən TRIPP layihəsinin də gerçəkləşdirilməsi məsələsi müzakirə edildi".
Rasim Musabəyov Serbiya səfərinin də bu münasibətlər üçün əhəmiyyətli olduğunu qeyd edib:
"Serbiyada bir çox sazişlər imzalandı. Bunlar təkcə Azərbaycan və Serbiyanın yox, bütün Avropanın maraqlı olduğu layihələrdir. Birgə elektrik stansiyasının inşası layihəsi həm Serbiyanın həm də Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bu lahiyə nəticəsində Azərbaycan Avropa energetika sahəsində öz mövqeyini möhkəmləndirəcək".