ATƏT-in baş katibindən etiraf: "Yaxşı vəziyyətdə deyilik!"

ATƏT-in baş katibindən etiraf: "Yaxşı vəziyyətdə deyilik!"
11 Mar 2025 13:58

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) heç də yaxşı formada deyil və o əvvəlki aktuallığına qaytarılmalıdır. Xarici KİV-in yaydığı məlumata görə, bunu dünyanın ən böyük regional təşkilatı olan ATƏT-in baş katibi Feridun Sinirlioğlu deyib.


“Siz haqlısınız, ATƏT yaxşı vəziyyətdə deyil. Amma bizim ümumi vəzifəmiz təşkilatı əvvəlki aktuallığına qaytarmaqdır”, - o, Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı deyib.

Martın 11-də ATƏT-in baş katibi Moskvaya işgüzar səfərə gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov və Sinirlioğlu dərin böhran içində olan beynəlxalq təşkilatdakı mövcud vəziyyəti müzakirə edəcəklər.

Tural


Sizin reklam burada
Sizin reklam burada