Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı artdı

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı artdı
14 Fev 2026 15:14

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı yeddiyə çatıb, onlardan beşi azyaşlıdır.

News365.az "Report"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva məlumat verib. O deyib ki, xəstəxanaya daxil olarkən azyaşlıların vəziyyəti çox ağır qiymətləndirilib.

P.Əliyeva bildirib ki, onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər:

"Hazırda uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir və müalicələri Reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir".

Mərkəzin baş həkimi əlavə edib ki, uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35-40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan iki nəfər vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb.

"Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir. İlkin ehtimallara görə, hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib", - deyə baş həkim bildirib.

12:50

Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

News365.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Oruc Məhərrəm oğlu Məsimov və onun 5 övladı dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində O.Məsimov dünyasını dəyişib, övladları - 2020-ci təvəllüdlü F.Məsimova, 2018-ci il təvəllüdlü H.Məsimov, 2017-ci il təvəllüdlü M.Məsimov, 2021-ci il təvəllüdlü Ə.Məsimov və 2022-ci il təvəllüdlü H.Məsimov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada