Mədəniyyət Nazirliyinə məxsus "Mozalan Studiyası" MMC-yə yeni direktor təyin edilib.
News365.az xəbər verir ki, bu, Rəşad Cəfərovdur.
O, studiyanın rəhbərliyində Əli-Səttar Quliyevi əvəz edib. Xatırladaq ki, "Mozalan Studiyası" kommersiya qurumu kimi 2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət süjetlər, sənədli və bədii filmlər istehsal edir.