Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 26-dan 28-dək Fransanın Strasburq şəhərinə rəsmi səfər edəcək.
News365.az-ın məlumatına görə, səfər Ermənistanın Avropa Şurasına üzv olmasının 25-ci ildönümünə həsr edilən silsilə tədbirlərlə müşayiət olunacaq.
Səfər proqramına əsasən, Ararat Mirzoyan yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının plenar iclasında çıxış edəcək və təşkilatla əməkdaşlığın perspektivlərinə dair mövqeyini açıqlayacaq.
News365.az