Antalyada ağır yol qəzasında 6 nəfər ölüb- FOTO

Antalyada  ağır yol qəzasında 6 nəfər ölüb- FOTO
14:14

Türkiyənin Antalya vilayətində baş verən növbəti ağır yol qəzasında 6 nəfər ölüb.

Hadisə Antalya-İsparta magistral yolunda baş verib.

İki avtomobilin toqquşması nəticəsində altı nəfər ölüb, altı nəfər yaralanıb. Məlumatdan sonra hadisə yerinə çoxsaylı tibb və jandarma qrupları göndərilib.

Yaralılar xəstəxanalara aparılıblar, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Türkiyənin Antalya vilayətində baş verən qəzada 8 nəfər ölüb.


Sizin reklam burada
Sizin reklam burada