Amerikalı polkovnik: “Ukraynalı əsgərlər kütləvi şəkildə təslim olurlar“

Amerikalı polkovnik:  “Ukraynalı əsgərlər kütləvi şəkildə təslim olurlar“
17 Apr 2024 13:32

"Ukrayna Silahlı Qüvvələrinin əsgərləri cəbhədəki ağır vəziyyətə görə kütləvi şəkildə təslim olurlar".

News365.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Judging Freedom"a müsahibəsində deyib.

Makqreqor vurğulayıb ki, Rusiya Ukrayna hərbçilərini əsirlikdə onlara qarşı yaxşı rəftar ediləcəyinə inandıra bilib. Bu amil isə Kiyevə tabe olan Silahlı Qüvvələrin bir çox əsgərinin Ukrayna uğrunda ölümə davam etmək əvəzinə təslim olmağa qərar verməsində əsas rol oynayır.

Ekspert iddia edib ki, əsirlikdə olan əsgərlər Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət apardığı vaxtlardan daha yaxşı vəziyyətdə olurlar. Çünki onlar normal qidalanır və yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunurlar.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də uğurlu olmayıb. Son aylarda isə Rusiya döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər