Almaniya-Rusiya münasibətlərində gərginlik artır – Politoloqdan tarixi müqayisə

Almaniya-Rusiya münasibətlərində gərginlik artır – Politoloqdan tarixi müqayisə
29 May 2025 12:06

Almaniya kansleri Merstin “İndi heç bir məhdudiyyət olmadığına görə tərəfdaşlar Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərini vurmasına imkan verilir” açıqlamasından sonra Berlin-Moskva münasibətlərində gərginlik pik həddə çatıb.

News365.az xəbər verir ki, Politoloq Tural Əliyev bu prosesin siyasi ritorikanı daha da sərtləşdirdiyini və genişmiqyaslı müharibə ehtimalını yenidən gündəmə gətirdiyini bildirib.

Politoloq qeyd edib ki, əslində Ukrayna böhranından əvvəl Almaniya ilə Rusiya arasında enerji asılılığına əsaslanan qarşılıqlı iqtisadi yaxınlıq mövcud idi və bu, Qərbdə – xüsusilə anqlo-sakson dairələrdə – narahatlıqla qarşılanırdı.

Tural Əliyev bildirib ki, hazırkı geosiyasi münasibətlərin kökünü daha dərindən anlamaq üçün tarixə baxmaq vacibdir. O, Rusiya çarı I Pavelin dövrünə diqqət çəkərək qeyd edib ki, çar hakimiyyətə gəldikdən sonra daxili islahatlara başlamış, Prussiyaya rəğbətini açıq şəkildə ifadə etmişdi. Həmin dövrdə isə Qərbdə Napoleon erası başlamış, İngiltərə isə Rusiyanı Fransaya qarşı koalisiyaya qoşulmağa və təcili olaraq ordu göndərməyə çağırmışdı.

“Lakin I Pavel bu çağırışlara qarşı çıxaraq, İngiltərə ilə ticarət razılaşmalarını pozdu. Bu isə hər iki tərəfə ciddi iqtisadi zərər vurdu. Nəticədə saray daxilində çevriliş hazırlanaraq çar sui-qəsd nəticəsində öldürüldü və yerinə onun 18 yaşlı oğlu I Aleksandr gətirildi”, – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, tarixdə bu cür nümunələr indiki Almaniya-Rusiya münasibətlərindəki dinamikanın və Qərbin reaksiyasının anlaşılması üçün ciddi ipucları verir.


Sizin reklam burada
Sizin reklam burada