Almaniya rəsmiləri: İran hakimiyyəti son günlərini yaşayır

Almaniya rəsmiləri: İran hakimiyyəti son günlərini yaşayır
16:01

Almaniya kansleri və XİN başçısı İranda hakimiyyətin vəziyyətini sərt tənqid edib

News365.az xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts Hindistana səfəri zamanı jurnalistlərə açıqlamasında İran hakimiyyətinin son günlərini yaşadığını bildirib.

Kanslerin sözlərinə görə, “yalnız zorakılıq üzərində qurulan hakimiyyət uzunmüddətli mövcudluğa malik ola bilməz və məhvə məhkumdur”. O, həmçinin İran təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı tətbiq etdiyi zorakılığı qətiyyətlə pisləyib və ölkə rəhbərliyini vətəndaşları qorxutmaq əvəzinə qorumağa çağırıb.

Almaniya Xarici İşlər Naziri Yohann Vadefuhl də Tehranın davranışını sərt şəkildə tənqid edib. O bildirib ki, Berlin İran rəhbərliyi üzərində sanksiyaların genişləndirilməsinə çalışacaq və onların Avropa İttifaqının sanksiya siyahısına əlavə edilməsini hədəfləyir.

Ekspertlər bu açıqlamaları İran hökumətinə qarşı beynəlxalq təzyiqlərin daha da artacağı və etiraz aksiyalarının diqqətlə izlənildiyi bir kontekst kimi qiymətləndirirlər.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada