Alimlər qocalma prosesini durdurmağın yolunu tapıblar

Alimlər qocalma prosesini durdurmağın yolunu tapıblar
16 Apr 2024 09:07

Nəhayət ki, qocalmanın qarşısını almağın yolu tapıldı. Beləki, biopsiya nəticələri fiziki fəaliyyətin bədəndə BMF səviyyəsini azaltmağa kömək etdiyini göstərdi.

News365.az xəbər verir ki, siçanlar üzərində apardıqları son təcrübədə elm adamları yaşlandıqca müəyyən bir növ lipidlərin, bis(monoasilglisero) fosfatların (BMP) bədənlərində toplandığını və heyvanlar yaşlandıqca BMP miqdarının artdığını aşkar ediblər.

Məşhur “Nature Aging” jurnalında dərc edilən araşdırmalar BMF-nin oxşar yığılmasının insanlarda da baş verdiyini müəyyən edib. Alimlər bu prosesin geri qaytarıla biləcəyini yoxlamaq qərarına gəliblər.

Təcrübə zamanı bir qrup yaşlı könüllü müntəzəm olaraq idmanla məşğul olmağa başlayıb. Biopsiya nəticələri fiziki fəaliyyətin bədəndə BMF səviyyəsini azaltmağa kömək etdiyini göstərdi.

Endokrinoloq Zuxra Pavlova Telegram kanalında qeyd edib ki, gələcəkdə bu cür tədqiqatlar insanların ömrünü uzatmağa kömək edə bilər. O, həddindən artıq məşq qocalmanı sürətləndirə biləcəyi üçün onu aşmamağın vacib olduğunu vurğulayaraq idmana başlamağı tövsiyə edib.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər