Ermənistan parlamentinin sədri Alen Simonyan münasib vaxtda Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
News365.az xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərin suallarını cavablandıran zaman danışıb.
"Mən münasib vaxtda Azərbaycana səfər etməyə hazıram. Mən həmkarımı hansısa formatda Ermənistana dəvət etmək niyyətindəyəm", - Simonyan bildirib.
Simonyan Azərbaycana səfərə dəvət alıb-almadığını soruşduqda isə “yox” cavabını verib: "Amma dəvət olsa, düşünərəm"