Alar Karis İlham Əliyevi təbrik edib

Alar Karis İlham Əliyevi təbrik edib
30 May 2025 17:24

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

News365.az xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident.

    İcazə verin, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım. Zati-alinizə və xalqınıza uğurlar, firavanlıq və rifah arzulayıram.

    Bu gün ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, Estoniya-Azərbaycan əməkdaşlığı gələcəkdə daha da dərinləşəcəkdir.

    Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin”.


    Sizin reklam burada
    Sizin reklam burada