AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə
davam edir
Azərbaycanın hər tərəfində fəaliyyət göstərən endirim
mağazalar şəbəkəsi olan AL Market, xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq
alış-veriş konseptini mağazalarına tətbiq etmək məqsədilə genişmiqyaslı yenidən
qurma prosesinə başlayıb. Şirkət bu çərçivədə, yeni tələblərə cavab verməyən bəzi
filialların fəaliyyətini dayandırıb, eyni zamanda daha funksional və rahat
alış-veriş imkanları təqdim edən yeni filialların açılışına başlayıb.
Bu çərçivədə Xankəndi şəhərində yeni konseptə uyğun AL
Marketi artıq istifadəyə verilib.
Edilən dəyişikliklər müştəri məmnuniyyəti üçün xidmət
keyfiyyətinin artırılması, məhsul çeşidliliyini optimallaşdırmaq, rahat və
sadə mağaza dizaynı ilə alış-veriş prosesini asanlaşdırmaq məqsədi daşıyır.