Aİ SEPAH-ı terror təşkilatları siyahısına daxil edib

Aİ SEPAH-ı terror təşkilatları siyahısına daxil edib
17:37

Bu gün Avropa İttifaqı Şurası İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq terror təşkilatları siyahısına daxil edib.

https://news365.az/ APAya istinadən  xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Beləliklə, SEPAH Aİ-nin antiterror sanksiyaları rejimində məhdudlaşdırıcı tədbirlərə məruz qalacaq. Bu isə SEPAH-ın Aİ ölkələrində maliyyə ehtiyatlarının dondurulması deməkdir. Eyni zamanda, bu, SEPAH-a Aİ ölkələrindəki subyektlərin iqtisadi resurslarından istifadəyə icazə verməsini qadağan edir.

Qeyd edək ki, yanvarın 29-da Aİ ölkələri SEPAH-ı terror təşkilatı kimi tanıyıb.


Sizin reklam burada
Sizin reklam burada