Aİ-nin ultimatumundan sonra Tramp Putinin tərəfini tutur -"Sky News"

Aİ-nin ultimatumundan sonra Tramp Putinin tərəfini tutur -"Sky News"
09:43

Ukrayna və Avropa İttifaqı (Aİ) liderlərinin Moskvaya 30 günlük atəşkəs üçün ultimatum vermələri, həmçinin Kiyevdən Türkiyədə danışıqlara razılıq verməsini tələb edilməsindən sonra ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin tərəfində durdu. Bu fikirlər "Sky News"da dərc olunan məqalədəndir. Telekanal digər maraqlı məqamlara da toxunub.

Məqalədən də göründüyü kimi, Aİ ölkələrinin liderləri ABŞ prezidentinin bu addımı atana qədər onun da proseslərə dəstəyinin  olduğuna inanırlarmış. Söhbət onun Ukraynanı Rusiya prezidentinin Türkiyədə danışıqlar təklifi ilə razılaşmağa çağırmasından gedir.

"Onlar düşünürdülər ki, Donald Trampın dəstəyi var. Lakin hətta 30 ölkə qeyd-şərtsiz atəşkəs tələb etsə də, ABŞ prezidenti sonda Rusiya liderinin tərəfində göründü",- "Sky News" yazıb.

Müəllifin fikrincə, bundan sonra da Amerika liderinin münaqişəyə son qoymaq üçün Putinə “təzyiq” edəcəyini gözləmək olmaz. Məqalədə qeyd olunub ki, Avropa yəqin ki, bundan sonra təkbaşına hərəkət etməli olacaq.

Bundan əvvəl Donald Tramp Rusiyanın atəşkəslə bağlı mövqeyindən asılı olmayaraq Ukrayna liderini Türkiyəyə danışıqlara getməyə çağırıb. Vladimir Zelenski bununla razılaşıb və münaqişənin həlli üçün Vladimir Putinlə şəxsən görüşmək niyyətində olduğunu bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada