Aİ-nin münasibəti Azərbaycanın inkişafına təsir etməyib

Aİ-nin münasibəti Azərbaycanın inkişafına təsir etməyib
17:02

Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinin tənqidlərinə baxmayaraq, beynəlxalq inkişafını davam etdirir və iqtisadi əməkdaşlıqda öz mövqeyini qoruyur.

News365.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib ki, uzun illər ərzində Avropa İttifaqı və onun üzv ölkələri Azərbaycanı əsasən Ermənistanla bağlı məsələlərə görə tənqid edib.


Lakin Azərbaycanın Ermənistanla münasibətlərini normallaşdırmağa başlaması və iqtisadi əlaqələr qurması Aİ-nin yanlış mövqedə olduğunu ortaya qoyur.

Politoloq vurğulayıb ki, Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan bu tənqidlərə fikir vermir və Avropa İttifaqının münasibəti ölkənin beynəlxalq siyasətində heç bir maneə yaratmayıb. “Bütün bu illər ərzində Azərbaycan Aİ-nin tənqidlərinə cavab vermək, diskussiyalar aparmaqla vaxt itirməmişdir. İndi isə ölkə öz inkişafını sürətlə davam etdirir,” – deyə Ə.İbrahimov əlavə edib.

O bildirib ki, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə iqtisadi münasibətləri normal olaraq davam edir. 16 aya yaxın müddətdə qaz ixracı da daxil olmaqla iqtisadi əlaqələr saxlanılıb və Aİ-nin tənqidləri bu əlaqələrə təsir etməyib.

Politoloq bildirib ki, Azərbaycan istədiyi kimi digər ölkələrlə, o cümlədən Aİ ölkələri ilə iqtisadi münasibətlərini inkişaf etdirə bilir.


Sizin reklam burada
Sizin reklam burada