Ağstafada ölümlə nəticələnən yol qəzasını törədən sürücü həbs edilib

Ağstafada ölümlə nəticələnən yol qəzasını törədən sürücü həbs edilib
01 Avq 2025 13:16

Ağstafa rayonu ərazisində avqustun 1-də gecə saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətininin regional qrupundan News365.az-a bildirilib ki, Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus “Mercedes” avtomobli idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi Daxili İşlər Orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılaraq həbs edilib.

Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.



Sizin reklam burada
Sizin reklam burada