Ağcabədidə əməliyyat - 10 kiloqram narkotik götürüldü

Ağcabədidə əməliyyat - 10 kiloqram narkotik götürüldü
13 Fev 2025 12:50

Ağcabədi rayonunda polisin saxladığı şəxsdən 10 kiloqram narkotik vasitələr aşkar edilib.

News365.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məkumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb.

Onun idarəsində olan avtombildən götürülən çantaya baxış zamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşiş aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada