Tanınmış vəkil HƏBS EDİLDİ

Tanınmış vəkil HƏBS EDİLDİ
05 Mar 2025 14:07

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

News365.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə belə hökm çıxarıb. 

Hökmə əsəsən vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan)  və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətində azadlıqdan məhrum edilib.

Eyni zamanda Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədovda həmin maddələrlə təqsirli bilinərək 6 ay müddətinə islah işləri cəzası verilib.

Xüsusi ittihamçı tanınmış vəkil Ceyhun Yusfovun vəkili Asim Abbasov faktı təsdiq edib.



Sizin reklam burada
Sizin reklam burada