Bakının Maştağa qəsəbəsində iki qız itkin düşüb.
News365.az xəbər verir ki, bu barədə Metbuat.az-a onların valideynləri məlumat verib.
Belə ki, 16 aprel axşam saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı–bibi qızıdırlar.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən iki yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür